Metronun “Koroğlu” stansiyasının keçidlərində yeni məlumat lövhələri yerləşdirilib

“Bakı Metropoliteni” QSC aparılan monitorinqlər əsasında sərnişin məmnunluğunun artırılması istiqamətində silsilə tədbirlərini davam etdirir.
QSC-dən Avtosfer.az-a bildirilib ki, son iki il ərzində “Koroğlu” stansiyası sərnişin sayına görə Bakı metrosunun ən giriş-çıxışlı stansiyasına çevrilib. Bu dövr ərzində stansiyada təhlükəsizlik tələbləri və hərəkət rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Lakin stansiyanın vestibülündə sərnişinlərin həm gediş haqqı yükləməsi, həm yoxlanış məntəqəsinin yerləşməsi sərnişin sıxlığına səbəb olur, davamlı hərəkət axınına maneələr yaradırdı. Davamlı addımların daha biri kimi stansiyanın daha çox sərnişin axını olan keçidində gediş haqqının yüklənməsi üçün 2 terminal yerləşdirilib.
Eyni zamanda, vestibüldə sərnişinlərin hərəkət intensivliyini daha da artırmaq məqsədilə həmin sahədən daha bir terminal da keçid zonasında qoyulub. Hər 3 terminal stansiyanın sərnişinlərin giriş zonasına axını istiqamətində hərəkətə mane olmayan xüsusi ayrılmış sahədə yerləşdirilib. Terminallar yerləşdirildikdən sonra aparılan müşahidələr və sərnişin rəyləri müsbət olmaqla, vestibüldə hərəkətin daha nizamlı və sürətli təşkilinə şərait yaradıb. QR bilet sisteminin təşviqi, sərnişinlərin məlumatlılığının artırılması məqsədilə bütün stansiyaların giriş qapıları, eyni zamanda, vestibüllərin uyğun zonalarında QR biletdən istifadə ilə bağlı Azərbaycan və ingilis dilində məlumat lövhələri yerləşdirilib.
Bu proses stansiyaların bütün uyğun zonalarında təmin ediləcək.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












