Naftalanda 34 küçə və yolda təmir-tikinti işləri başa çatır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Naftalan şəhərində ümumi uzunluğu 16 km olan 34 küçə və yolda təmir-tikinti işlərini başa çatdırmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumatda deyilir ki, sözügedən küçə və yolların en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə gediş-gəlişə xüsusən payız-qış mövsümündə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Hazırda sözügedən küçə və yolların yenidən qurulması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilərək işlərə başlanması ilə sadalanan problemlər aradan qaldırılır.
Texnoloji ardıcıllıqla aparılan işlər nəticəsində küçə və yollar genişləndirilir. Aparılan genişləndirmə işləri isə öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.
Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, küçə və yollara iri və xırda dənəli olamaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Təbii ki, Naftalan şəhərində küçə və yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












