Naxçıvanda Penitensiar xidmətə yeni avtomobillər təqdim edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə yeni avtomobillər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə məhkumların daşınmasını həyata keçirən müasir tipli iki ədəd yeni xüsusi avtomobil verilib.
Bildirilib ki, Penitensiar Xidmətin Mühafizə Taburunun avtomobil parkının yenilənməsi məhkum və həbs edilmiş şəxslərin məhkəmələrə və istintaq orqanlarına vaxtında çatdırılmasını, onların etibarlı mühafizə olunmasını təmin edəcək.
Qeyd olunub ki, “Fiat Dukato” və “Fiat Doblo” markalı xüsusi təyinatlı avtomobillərdə məhkumların təhlükəsiz daşınması və müşayiət xidmətinin aparılması üçün hər şərait yaradılıb. Yeni təqdim edilən avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə və səsgücləndirici, mühafizə sisteminə malikdir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












