Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinə (ATM) yeni direktor təyin olunub.
Avtosfer.az xəbər verir ki, bu, Rəşad Hüseynovdur.
O, bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini olub və yeni vəzifəsində Firdovsi Fikrətzadəni əvəz edib. 2019-cu ildən ATM-ə rəhbərlik etmiş F.Fikrətzadə iyunun 10-da öz ərizəsi ilə işdən azad olunub.
R.Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb, Almaniyanın "Weinhenstephan Triestdorf" Tətbiqi Elmlər Universitetində biznesin idarəedilməsi, Bonn Universitetində isə qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb, 2010-15-ci illərdə Bonnda doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb.
İngilis, alman və rus dillərini bilir. Ailəlidir, üç övladı var.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












