Nərimanovda bu küçə təmir olundu - FOTO

Nərimanov rayonunda Müzəffər Nərimanov küçəsinin təmiri yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 1830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kv.m sahədə bərpa olunub, 4582 p/m yeni səki daşları düzülüb, 32 yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılıb. Müzəffər Nərimanov küçəsinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yerləşən dairə ləğv edilib.
Yaxın müddət ərzində sözügedən hissədə aidiyyəti qurumlar tərəfindən hazırlanan layihə əsasında işıqforların quraşdırılması planlaşdırılır. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 33222 kv.m ərazidə təmir işləri aparılıb. Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.





Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












