Ordumuzun hərbi geyim formalarında YENİLİK - FOTO

Son dövrlər Müdafiə Nazirliyi tərəfindən paylaşılan görüntülərdə hərbçilərimizin geyim formalarında dəyişiklik müşahidə edilib.
Görüntülərdə bəzi hərbçilərin kamuflyajlarında yaşılın fərqli tonundan istifadə edildiyi görünür.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev sözügedən dəyişikliyin səbəbini belə izah edib:
"Azərbaycan Ordusu Vətən Müharibəsində və ondan sonrakı əməliyyatlarda olduqca mühüm nailiyyətlər qazandı. Bu nailiyyətlərdən sonra Ordumuzun döyüş mövqeləri yüksək dağlıq və kifayət qədər sıx yaşıllıq ərazilərdə yerləşir. Bu da Azərbaycan Ordusunun hərbi kamuflajında rəng dəyişikliklərini zəruri edirdi. Bir sözlə, Ordumuzun geyim formasının rəng çalarları vəzifələr icra etdiyi ərazilərin rəngi ilə həmahəng olmalı idi. Azərbaycan tərəfi belə bir addımı atmaqla mövcud çatışmazlığı qısa bir vaxtda aradan qaldırmış oldu".

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












