Parklanma üçün ödəniş rəsmiləşdi - Bəs nəzarət necə olacaq? - VİDEO

Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrindən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmayacaq.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qərarda öz əksini tapıb.
Nəqliyyat vasitəsi müəyyən edilmiş yerdə 15 dəqiqədən artıq qaldıqda ödəniş tam məbləğdə hesablanacaq.
Bəs buna nəzarət necə olacaq?
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, nəzarət xüsusi texniki vasitələrlə həyata keçirilməlidir. Əks halda, hazırkı parklanma yerlərinə nəzarətdən heç bir fərqi olmayacaq.
Yeni təsdiq edilən qaydada nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri də ödəniş tələb olunmur.
Qeyd edək ki, Bakı şəhəri üzrə parklanma qiymətləri mərkəz zonada ödənişin məbləği 1 manat olacaq. 1-ci zonada bu məbləğ 70 qəpik, 2-ci zonada 40 qəpik, 3-cü zonada isə 30 qəpik olacaq.
Bakı şəhəri üzrə 4-cü zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir. Ekspert hesab edir ki, şəhərin mərkəzində idarə və təşkilatlarda işləyənlər üçün belə parklanma yerlərində güzəştlər tətbiq edilməlidir.
Bakı, Sumqayıt və Gəncədən başqa digər yerlərdə parklanma ödənişsiz olacaq. Qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək.
Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












