Paytaxtın bu küçələrində avtobus zolaqları yaradılacaq - SİYAHI - FOTO

Paytaxtda müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarda səmərəliliyinin artırılması və gündəlik ictimai nəqliyyatdan istifadə edən 1,5 milyon sərnişinin rahatlığının təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, şəhər mobilliyi prinsipləri əsas götürülməklə 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılır.
Qeyd olunan küçə və prospektlərin hər biri ictimai nəqliyyat üçün əsas hərəkət dəhlizi hesab olunur. Gündəlik olaraq bu dəhlizdən 70 müntəzəm marşrut xətti üzrə 1000-dən artıq avtobusla 830 min nəfərdən dən çox sərnişin daşınır.
Dəhliz boyunca avtobusların maneəsiz və rahat hərəkəti təmin ediləcəyi halda avtobusların orta istismar sürətinin pik saatlarda 10,5 km/saatdan 21,1 km/saata qalxacağı proqnozlaşdırılır. Sərnişinlərin səfər müddəti isə pik saatlarda 46,7 dəqiqədən 22,4 dəqiqəyə enəcəyi ehtimal edilir.
Avtobusların hərəkət cədvəllərində stabilliyin təmin olunması ictimai nəqliyyatdan istifadəsini stimullaşdıracaq, əhalinin mobillik imkanları və ictimai nəqliyyata olan inamı artacaq ki, bu da öz növbəsində qanunsuz sərnişindaşıma halları və şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından əhəmiyyətlidir. Zolaqların təşkili ekoloji mühitin yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək.
Belə ki, gündəlik təqribən 4000 kq-dan artıq zərərli qazın (CO2) ətraf mühitə buraxılmasının qarşısını almaq mümkün olacaq. Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla hərəkəti maneəsiz hərəkəti təmin oluacaq ki, həyati vacib sahələrə müsbət təsir göstərəcəkdir. Layihənin uğurlu olması və avtobus zolaqlarının marşrutların fəaliyyətinə effektiv təsirinin artırılması üçün digər nəqliyyat vasitələri sürücüləri avtobus zolağının tələbinə riayət etməlidir.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO















