Pirallahıda bu il uzunluğu 4,6 km olan üç küçə təmir olunub - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, bu il Bakının Pirallahı rayonunda ümumi uzunluğu 4,6 km olan üç küçəni təmir edib.
Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, təmir işləri rayonun 2260 metr uzunluğa malik Kamil Rzayev, 1 760 metr uzunluğa malik Yavər Əliyev küçələrində və uzunluğu 580 metr olan 39-cu məhəllənin yollarında aparılıb.
Küçələrdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












