Professor İlham Rəhimovun yeni kitabı Azərbaycan dilində çapdan çıxdı - FOTO

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində çap olunmuş “Преступление и наказание в мировых религиях” (“Dünya dinlərində cinayət və cəza”) adlı yeni kitabı Azərbaycan dilində çapdan çıxıb.

Bu əsər müəllifin, “Din və Cəza” (2020) kitabında təsbit edilmiş cinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi, cinayət və cəza institutu ideyasının təkamülündə dinin rolu və əhəmiyyəti ilə bağlı fikirlərinin davamıdır. Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm də tarixi, dini və fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu nəzərdən keçirilir.
Kitabın rəyçiləri hüquq elmləri doktoru Esbergen Orazulı Alauxanov, hüquq elmləri doktoru Şəhla Səmədova və AME-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir.
Kitab hüquqşünaslar, filosoflar, müxtəlif dinlərin nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabla maraqlananlar Lev Tolstoy küçəsi, 191 ünvanında yerləşən “Hüquq ədəbiyyatı” mağazasından əldə edə bilərlər.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












