"Pusat" hərbi maşını festivalda nümayiş olunub

Türkiyənin TÜMOSAN şirkəti tərəfindən istehsal olunmuş "Pusat" taktiki zirehli hərbi maşını Konya şəhərində elm festivalında nümayiş etdirilib.
Trend-in “Yeni Şafak” qəzetinə istinadən məlumatına görə, festivalda maşının hibrid versiyasının prototipi sərgilənir.
“Albayrak” şirkətlər qrupuna daxil olan TÜMOSAN şirkətinin şassi sistemləri mühəndisi Sinan Əli Yılmaz bildirib ki, “Pusat” minalara və ballistik silahlara qarşı müdafiə təmin etmək iqtidarındadır.
Qeyd olunur ki, maşın əməliyyat, hərbi, qənaət və relyef üsulu olmaqla dörd hərəkət üsuluna malikdir.
Mühəndisin sözlərinə görə, “Pusat” 9 nəfər heyət tutumuna malikdir. Maşın həm insan tərəfindən, həm də insansız idarə oluna bilər.
Xatırladaq ki, "Pusat" maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb.
2021-ci ildə isə "Pusat"ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












