Qazaxıstan İrandan Çinə nəqliyyat marşrutunun bərpa olunduğunu elan edib

Qazaxıstanın dəmir yolu milli şirkətinin törəmə qurumu olan “KTZ Express” və Çinin “China Railway Container Transport Co. Ltd.” şirkəti İran-Çin nəqliyyat marşrutunu bərpa edir.
Avtosfer.az Qazaxıstan Dəmir Yollarına istinadən xəbər verir ki, İranın Aprin dəmir yolu stansiyasında İran, Çin, Qazaxıstan və Türkmənistan nümayəndələrinin iştirakı ilə İran-Çin konteyner qatarının təntənəli yola salınma mərasimi keçirilib.
Məlumatda bildirilir ki, tərkibi gips tozu olan 50 ədəd qırx futluq konteyner İran-Qazaxıstan-Çin marşrutu üzrə yola çıxıb. Marşrutun ümumi səyahət müddəti 12 gün təşkil edəcək.
Qeyd olunur ki, bu, nəqliyyat dəhlizinin bərpası və marşrutda iştirak edən ölkələr arasında beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
(azərtac)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












