Saray-Novxanı yolunda sürücüləri sevindirəcək YENİLİK
Yeniliklər
25 Oktyabr 2022 15:30

Saray-Novxanı yolunda “VAZ-ın dairəsi” adlanan ərazinin ləğv edilməsindən sonra geriyə dönmək üçün sürücülərin üç kilometrlik məsafəni getməsinə ehtiyac qalmayıb.
Avtosfer.az-ın xəbərinə görə, artıq avtomobillərin geriyə dönməsi üçün daha yaxın məsafədən şərait yaradılıb. Bildirilir ki, əvvəlkindən fərqli olaraq, geri dönmək üçün yer iki kilometr irəli çəkilib. Bununla da sürücülər əvvəlki kimi üç kilometr yox, bir kilometr yol qət etməlidirlər.
Qeyd edək ki, geri dönmə hissəsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrliyində, “VAZ dairəsi” kimi tanınan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq yaradılıb.
Buna qədər yolun geri dönmə hissəsi təxminən 3 km uzaqlıqda yaradılmışdı və bu, “Abşeron Gənclər Şəhərciyi”nin sakinlərinin, həmçinin Bakı Mühəndislik Universiteti tələbələrinin böyük narazılığına səbəb olmuşdu.
oxu.az
Oxunub : 2240
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












