Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verildi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verilib. Bu barədə Avtosfer.az-a AYNA-dan bildirilib. Məlumata görə, bu addım sərnişindaşımanın təkmilləşdirilməsi, hərəkətinin tənzimlənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində atılıb. Mərkəzin yaradılmasında məqsəd avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası sərnişin daşımalarının həyata keçirilməsi zamanı marşrut pasportuna və sxeminə, həmçinin qüvvədə olan təhlükəsizliyə dair qayda və tələblərə riayət edilməsi vəziyyətinin monitorinqinin aparılması, tələbatın davamlı şəkildə qiymətləndirilməsidir. Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma fəaliyyətinə nəzarət avtobuslara quraşdırılan GPS avadanlığı vasitəsilə Monitorinq Mərkəzindən həyata keçirilir. Gün ərzində xəttə çıxan avtobusların hərəkət qrafikində təyin edilmiş vaxt üzrə başlanğıc, aralıq və son məntəqələrdən hərəkətlərinə, kənar dayanacaqlarda dayanmalarına, xətdən yayınmalarına nəzarət edilir. Həmçinin avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənməsi, tormozlaması, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı, həmçinin təhlili aparılır. Mərkəzdə avtobusların yerləşdikləri məntəqələrin koordinatları da təyin edilir.
Eyni zamanda sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə 24 saat monitorinq edilir.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















