Sərnişin və yük daşımaları ilə bağlı qərarlarda dəyişikliklər edilib

Nazirlər Kabineti ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımaları ilə bağlı qərarlarda dəyişikliklər edib.
Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bildirilib ki, qərar Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq "İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyətinin təşkili məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun Fəaliyyət Planı"nın müvafiq bəndlərinin icrası çərçivəsində hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqrama" və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na ekoloji sürmə üzrə biliklərlə əlaqədar müvafiq müddəaların əlavə edilməsini nəzərdə tutur.
Qərarın qəbulu ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarında enerji səmərəliliyini və enerjidən qənaətli istifadəni təmin etməklə, daşımalar zamanı istilik effekti yaradan qazların emissiyasının azalmasına xidmət edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












