Sərnişinlərə ŞAD XƏBƏR: marşrut xətlərinə 250-dən çox yeni avtobus buraxılacaq - VİDEO

Bakıdakı bir sıra marşrut avtobusları sərnişinlərin narazılığına səbəb olur. Çünki müntəzəm marşrut xətlərindəki avtobusların bir hissəsi texniki baxımdan köhnəlib. Bir müddət əvvəl sərnişin avtobusunun yaşayış evinin damına düşməsi, avtobuslarda baş verən yanğın və texniki nasazlıq kimi hallar mövcud vəziyyətin ciddiliyini bir daha göstərir. Bundan da ən çox əziyyət çəkənlər sərnişinlərdir.
Avtosfer.az-ın məlumatına görə, artıq bu cür problemlərin həlli üçün işlərə başlanıb.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, paytaxtdakı hazırkı sərnişindaşıma səviyyəsi qurumu da qane etmir. Bu səbəbdən də yaxın vaxtlarda xətlərə 250-dən çox yeni avtobus buraxılacaq.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, sərnişindaşıma sahəsində nəzərdə tutulan ən mühüm yeniliklərdən biri elektriklə işləyən müasir avtobusların istismara verilməsidir. Ətraf mühitə zərər vurmayan ekoloji avtobusların ölkəyə gətirilməsi də əsas prioritetlərdəndir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












