“Şərq ekspresi”nə yeni alternativlər İŞƏ SALINACAQ

Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu paytaxt Ankaranı Anadolunun şərq və cənub-şərqi ilə birləşdirəcək yeni turizm dəmir yolu qatarlarının layihəsinin tezliklə reallaşacağını açıqlayıb.
Türkiyəli nazir bununla bağlı deyib: “Ankara ilə Qars arasında fəaliyyət göstərən “Şərq ekspresi” turizm layihəsinin uğurunu nəzərə alaraq, 2024-cü ilin aprel ayından Ankara-Diyarbəkir və Ankara-Tatvan marşrutları üzrə yeni turizm qatarlarının istifadəyə verilməsini planlaşdırır”.
Nazir yeni dəmir yolu səyahət istiqamətlərinin “Şərq ekspresi” ilə eyni populyarlıq qazanacağına əminliyini bildirib.
Uraloğlu vurğulayıb ki, yerli və xarici turistlər iyun ayınadək iki yeni istirahət-turizm istiqamətinin xidmətlərindən istifadə edə bilərlər.
“Mənzərəli təbiəti və tarixi irsi sevənlərin hər birinə Anadoluda xoş vaxt keçirmək imkanı verilir. Bu, fotoqrafiya həvəskarları üçün də əla şansdır”, – deyə o əlavə edib. (Azərtac)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












