Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 20 km-lik hissəsi asfaltlanıb - FOTO

Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.
Hazırda yolboyu 30 km-lik hissədə I texniki dərəcəyə uyğun 21,5 metr enində yol yatağının və yol əsasının inşası icra olunub, 20 km-lik hissəsində isə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.
Yolun qalan təqribən 9 km-lik hissəsində isə normativ en alınaraq yol yatağı tikilib, 700 metr hissəsində qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının inşası davam etdirilir.
Layihə üzrə suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 37 dairəvi boru, doqquz düzbucaqlı su keçidi, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə yeddi yolaltı keçid və ehtiyat keçidləri üzrə tikinti işləri sona çatdırılıb.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində altı avtomobil körpüsünün inşası da layihə üzrə icra olunur. Artıq 2, 19, 20 və 39-cu km-də inşa olunan körpülərin inşası, həmçinin yolun 8 km hissəsində beton baryerlərin tikintisi yekunlaşıb.
Tikinti işləri “İnşaat norma və qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












