Suriyada Türkiyə “TIR”larına atəş açıldı - VİDEO

Türkiyənin Kayseri şəhərində 7 yaşlı əmisi qızına qarşı qeyri-etik davranışlar edən Suriya əsilli şəxslə bağlı məsələlər böyüyür.
Avtosfer.az xəbər verir ki, Türkiyənin bir çox iri şəhərlərində əhali suriyalılıara qarşı sərt reaksiya göstərib. İstanbulda bir Suriya vətəndaşı ayağından bıçaqlanıb, Qaziantepdə motosiklet sürücüsü olan suriyalı isə vəhşicəsinə döyülüb. Hadisələrin gedişatı Türkiyə ərazisində indiyə qədər böyüməkdə olan miqrant probleminin daha da alovlanması ilə nəticələnib.
Türkiyəlilərin bu cür davranışı Suriyada da öz əksini tapıb. Türkiyə-Suriya gömrük qapısında Türkiyə bayrağına qarşı hörmətsizlik edilib. Türkiyənin Suriyadakı əməliyyat ərazilərinin elektrik təminatçısı olan şirkətin üzərindəki türkiyə bayrağı endirilib. Suriyanın Türkiyə ilə sərhədinə toplanan suriyalılar gömrük qapısı yaxınlığında nümayiş keçirib. Türkiyə bayrağını cıraraq ayaqları altına alan nümayiş iştirakçıları gömrük qapısına yaxınlaşan Türkiyə qeydiyyat nişanlı “TIR”lara atəş açıb, daşlayıb.
Məsələ ilə bağlı Türkiyənin Milli Kəşfiyyat Təşkilatı təcili əməliyyatlara başlayıb. Araşdırmalar davam etdirilir.
Səfər Əlizadə
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












