Sürücülərə şad xəbər: təmirdə olan köhnə Bakı-Quba yolu AÇILDI - FOTO - VİDEO - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işlərinin böyük hissəsi yekunlaşıb. Artıq sözügedən yolun yenidən qurulan hissəsi bu gün sürücülərin istifadəsinə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, magistral youn yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Agentliyin Aparatının rəhbəri İlqar Əhmədov və digər vəzifəli şəxslər iştirak ediblər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi vətəndaşların və turistlərin adıçəkilən yoldan təhlükəsiz şəkildə istifadə etməsi, rahat gediş-gəlişin təmin olunması üçün yol boyu qısa zamanda genişmiqyaslı işlər icra olunub. Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunub. Daha sonra qazılmış əraziyə yararlı qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb.
Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılıb. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri görülüb.
Sadalanan işlər yekunlaşdıqdan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yüksək keyfiyyətlə və qısa müddət ərzində aparılan genişmiqyaslı yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Görülən işlərə paralel yenidən qurulması yekunlaşan hissə üzrə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilib.
Hazırda magistral yolun kiçik bir hissəsində yenidənqurma işləri davam etdirilir ki, bu işlərin də yaxın günlər ərzində tam yekunlaşdırılması planlaşdırılır.
***
11:44
Köhnə Bakı-Quba yolunun Bakı istiqamətində bir neçə aydır davam edən təmir işləri yekinlaşıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə yolda işlər 98 faiz tamamalanıb və kiçik bir hissədə təmir işləri qalıb. Bu gündən etibarən yol sürücülər üçün açılacaq. Qalan kiçik hissədə isə təmir işləri bir neçə günə yekunlaşacaq.
Bayram öncəsi sürücülər üçün yol istifadəyə veriləcək.
Leyla
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI


















