Şuşaya çəkilən yeni avtomobil yolu bu il istifadəyə veriləcək - FOTO

Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun böyük hissəsinin inşası başa çatıb.
Avtosfer.az xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.
"Böyük ehtimalla, bu ilin sonuna qədər yolun inşası tamamlanacaq", - deyə o qeyd edib.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edir.
Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
















