Taksi sürücüləri imtahanı necə verəcəklər? – Ekspert qaydaları AÇIQLADI

Taksi sürücülərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb. Yəni, taksi sürücüləri DİM-də imtahan verib peşanin sirlərini öyrənməlidirlər. Bəs görəsən bu imtahan necə, harada və nə vaxt keçiriləcək?
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bildirib edib ki, Dövlət İmtahan Mərkəzi taksi sürücülərini qiymətləndirəcək: “Yəni sürücülər DİM-in təşkil etdiyi imtahanlarda iştirak edib sənəd əldə edəcəklər və bu sənəd 7 il müddətində qüvvədə olacaq. Bu “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərdən sonra Nazirlər Kabinetinin qəbul etdiyi qərarla tənzimlənir. Bir neçə aydır bu proses artıq qanunda öz əksini tapsa da, bu barədə DİM tərəfindən hər hansı bir hərəkətlilik yox idi. Bu da imtahanları Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi özü təşkil edəcəyi fikrini ortaya qoyurdu. Çünki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvüyəm və bu proseslərlə dərindən maraqlanıram. Dəfələrlə də sorğu xarakterli müraciətlərimə cavab olaraq bu qərarın icrası ilə bağlı DİM-dən hər hansı bir cavabın olmadığı bildirilirdi”.
Ekspert hesab edir ki, ümumi respublika üzrə bu imtahanlar təşkil oluna bilər, yəni bütün bölgələri əhatə etmək mümkündür: “Fikrimcə, DİM bunu tez bir zamanda həll edə bilməyəcək. Çünki hazırda ali məktəblərə qəbul prosesi keçirilir və bu proses özü də ağır bir işdir. Məncə yay aylarının sonunda bu məsələ öz həllini tapa bilər. İmtahanda sürücülərin sırf etik davranış məsələsi, habelə psixoloji vəziyyət, dil bilgiləri və s. ilə bağlı suallar ola bilər. Sürücülər ən azından məsələn, rus, ingilis dillərində elementar müraciət formalarını öyrənməlidirlər. Bir çox ölkələrdə bu təcrübə var və imtahanlar da fərqli qurumlar tərəfindən keçirilir. Azərbaycanda da yəqin ki, hökumət bunu ən yaxşı formada DİM-in təşkil edə biləcəyini hesab edir. Aidiyyati qurumlarda imtahan sualları ilə bağlı müzakirə gedir. Çünki bu konkret fənn üzrə imtahan deyil, sırf gündəlik həyat tərzinə, iş planına, iş qrafikinə uyğun suallar olmalıdır. Onların iş və istirahət rejiminin təşkili, eləcə də sərnişinlərlə münasibət və s. Bu imtahan təkcə taksi sürücülərinə aid deyil. Eyni zamanda, yük və sərnişindaşıma fəaliyyəti göstərən digər sürücülərin də imtahandan keçirilməsi nəzərdə tutulur. Ümumən bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki bu bir peşədir və peşə ilə məşğul olan şəxslərin də müəyyən biliklərə malik olması çox vacibdir”.
Məhəbbət Tərlanoğlu
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO










