Tbilisi prospektində təmir işləri aparılır - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində təmir işləri icra olunur.
Təmir sözügedən prospektin Bakıxanov küçəsindən və Əbdülvahab Salamzadə küçəsinədək olan hissəsində aparılır. Qeyd olunan hissənin uzunluğu 1600 metr təşkil edir.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












