Tesla 2022-ci ildə bir milyondan çox elektrik avtomobili istehsal edib - REKORD

2022-ci ildə Tesla 1.369.911 elektrik avtomobili istehsal edib.
Avtosfer.az bildirir ki, bu, Amerika avtomobil istehsalçısının daha bir nailiyyəti və yeni dünya rekordudur.
Belə ki, indiyə qədər heç vaxt bir şirkət ildə bir milyondan çox elektrik avtomobili istehsal etməyib.
2021-ci illə müqayisədə istehsalda bir anda 40% artım olub. 2022-ci ilin son rübü isə xüsusilə uğurlu olub, bu zaman rekord sayda; təqribən 439 701 avtomobil yığılıb.
Daha münasib qiymətə olan Tesla “Model 3” və “Model Y” mütləq lider olaraq qalır: ümumilikdə onlar 1 298 434 ədəd istehsal edilib. Eyni zamanda bahalı Tesla “Model S” və “Model X” 71 177 ədəd istehsal edib.
Qeyd edək ki, Tesla böyük elektrik miniven hazırlayır. İlk şəkillər və detallar artıq ictimaiyyətə təqdim edilib.
Almaniya və Texasdakı yeni montaj zavodları istehsalı artırmağa və uğur qazanmağa kömək edib. Onların hələ planlaşdırılan potensiala çatmadıqlarını nəzərə alsaq, 2023-cü ildə Tesla öz rekordunu yeniləyə bilər. Bundan əlavə, bu il Tesla Cybertruck pikapının istehsalına başlanacağı gözlənilir.
Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












