Özbaşına fərdi ev tikən fiziki şəxslər 500 manatadək cərimələnəcəklər

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilir.
Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.
Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
İnzibati Xətalar Məcəlləsinin 395.1-ci bəndinə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcəklər.
Məcəllənin hazırkı bəndi isə belədir:
“Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilirlər”.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












