“Titanik” yenidən inşa edilir – Gəmi ilk səyahətinə BU TARİXDƏ ÇIXACAQ

İlk səyahətindən 5 gün sonra aysberqə çırpılaraq batan “Titanik” gəmisinin eynisi yenidən inşa ediləcək. Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, bu ideya milyarder Klayv Palmerdən gəlib.
Var-dövlətini mədənçilikdən qazanan milyarder Palmer “Titanik”in nüsxəsini yaratmaq planlarına yenidən başlayıb. O bununla bağlı verdiyi açıqlamasında yeni tikiləcək gəminin orijinaldan çox üstün olacağını söyləyib.
Palmer Avstraliyalı iş adamıdır. Milyarder “Titanik II” planlarını ilk dəfə 2012-ci ildə açıqlamışdı. 2018-ci ildə gəminin inşası işinə başlanılsa da COVID epidemiyası səbəbindən layihə dayandırılmışdı. Milyarder iş adamı yenidən məşhur gəminin inşası üzrə işə başlamağa qərar verib.
“Titanik”lə ilk səyahətin 2027-ci ilin iyununda həyata keçirilməsi planlaşdırılır. Gəmi bal zalı, üzgüçülük hovuzu və hamamla birlikdə orijinal gəmi ilə eyni interyer və kabin tərtibatına malik olacaq. 835 kabinənin demək olar ki, yarısı birinci dərəcəli sərnişinlər üçün ayrılacaq və onlar 1900-cü illərə uyğun geyinməyə təşviq ediləcəklər. Üçüncü dərəcəli sərnişinlərə orijinal gəmidə olduğu kimi ümumi yeməkxanada uzun masalarda qazan yeməkləri və püre təqdim olunacaq, lakin digər yeməklər də olacaq.
Xatırladaq ki, “Titanik” 15 aprel 1912-ci ildə Atlantik okeanında aysberqə çarpıldıqdan sonra batıb və bu qəza nəticəsində 1500 sərnişin və ekipaj üzvü həlak olub.
“Titanik” gəmisini məşhur edən isə rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi eyniadlı film olub. Baş rollarda Leonardo Di Kaprio və Keyt Uinsletin oynadığı “Titanik” filmi eyniadlı gəmini dünyda məşhurlaşdırdı.
Filmin yayımlanmasından sonra gəminin batdığı yerə maraq artdı.Son illərdə “OceanGate Expeditions” adlı bir şirkət turistlərin gəminin batdığı yerə səyahətlərini təşkil edərək böyük məbləğdə qazanc əldə edib. “Titanik”ə marağın böyük olmasını nəzərə alan milyarder iş adamı yeni layihə ilə çoxlu turist cəlb etməyi düşünür.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










