“Toyota” avtomobilləri üçün yeni günəş batareyası sistemi hazırlayacaq

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor” şirkəti gələcəkdə avtomobilləri üçün yüksək texnologiyalı yeni günəş batareyasından və onun əsasında hazırlanan sistemdən istifadə etməyi planlaşdırır.
Bu barədə oktyabrın 12-də şirkət məlumat yayıb. Bildirilir ki, ölkənin ən böyük avtomobil istehsalı konserni Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutu ilə birlikdə gələcəkdə avtomobillərdə istifadəsi mümkün olacaq yeni günəş batareyalarının sisteminin hazırlanması ilə məşğul olacaq. Qeyd edilir ki, bu zaman əsas vəzifə belə batareya və sistemlərin dəyərini aşağı salmaq yolu ilə enerji istehsalının səmərəliliyini artırmadan ibarət olacaq.
Xatırladaq ki, “Toyota Motor” şirkəti bu yaxınlarda 2030-cu ilədək öz istehsalı olan elektromobillərin, hibrid və hidrogenlə işləyən avtomobillərin illik satış miqdarını 8 milyona çatdırmaq vəzifəsini qarşıya qoyub. Bu, yerli hakimiyyət orqanlarının və biznesin sənaye və avtomobillərin karbon emissiyalarını ciddi şəkildə azaltmaq istəyi ilə üst-üstə düşür. Yaponiya hökuməti isə ötən ilin oktyabrında elan edib ki, ölkə 2050-ci ildə sənaye və avtomobillərin karbon emissiyalarının sıfır həddinə çatmaq niyyətindədir.///azərtac
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












