Türk dövlətləri arasında daşımaların inkişafı üzrə birgə komitə yaradılacaq

Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) bu gün keçirilən plenar iclasında “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişi ratifikasiya edilib.
“Report” bu barədə Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.
“Saziş müxtəlif nəqliyyat növlərindən istifadə etməklə beynəlxalq yük daşımalarının sadələşdirilməsinə, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib”, - Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev sənədi deputatlara təqdim edərkən deyib.
Onun sözlərinə görtə, bu sənədin ratifikasiyası Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcminin daha da artırılması üçün zəmin yaradır və bu da ölkənin nəqliyyat-tranzit potensialının inkişafına müsbət təsir göstərəcək.
Nazir vurğulayıb ki, sazişin normalarını həyata keçirmək üçün TDT dövlətləri arasında daşımaların inkişafı üzrə birgə komitə yaradılacaq.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonunda Qazaxıstan ilə TDT-yə üzv dövlətlər arasında yükdaşımaların həcmi təxminən 40 milyon ton yük təşkil edib və bu da 2022-ci illə müqayisədə 15 % çoxdur.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












