Türkiyə ilk milli elektrik qatarlarını istifadəyə verəcək

2003-2020-ci illərdə Türkiyədə dəmir yoluna 212 milyard lirə sərmayə qoyulub.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Nazir qeyd edib ki, ölkənin dəmir yolu şəbəkəsinin yenilənib. Onun sözlərinə görə, Türkiyədə dəmir yolunun uzunluğu 12 min 803 kilometrə çatıb.
Hazırda 3 min 500 kilometr dəmir yolu xətti inşa olunur. "Bütün dəmir yollarımızı elektrikləşdirilməsi istiqamətində işlərimiz intensiv şəkildə davam edir", - Adil Karaismailoğlu deyib.
Nazir eyni zamanda sürəti saatda 176 kilometr olan ilk milli elektrik qatarının istehsalı üçün işləri tamamladıqlarını xəbər verib: "Qatarlarımız çox qısa müddətdə vətəndaşlarımızın xidmətində olacaq".
Karaismailoğlu dəmir yollarının nəqliyyat növləri arasında karbon tullantılarının azaldılması baxımından əhəmiyyətli nəqliyyat sistemi olduğunu nəzərə çatdırıb. “Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TCDD) tərəfindən 2025-ci ilə qədər istehlak edilən enerjinin 50/100-dən çoxunu bərpa olunan enerji mənbələrindən əldə edəcəyik. Türiyənin dəmir yollarının 1 753 kilometri və ya 45 faizi elektrikləşdirilib”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












