Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

Türkmənistan Orta Asiyadan Cənubi Qafqaz və Avropa istiqamətində fəaliyyət göstərəcək nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək. “Azərtac” türkmən mediasına istinadla xəbər verir ki, bu fikirləri Türkmənistanın xarici işlər naziri Rəşid Meredov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev ilə görüşündə səsləndirib.
Türkmənistan XİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur ki, görüş əsnasında TRACECA çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Danışıqlar zamanı qeyd olunub ki, Türkmənistan regionun nəqliyyat-tranzit potensialının yaradılması və inkişafında fəal rol oynayır. Rəsmi Aşqabad nəqliyyat və tranzit dəhlizlərinin investisiya imkanlarının genişləndirilməsinə yönəlmiş müvafiq TRACECA sənədlərinin birgə icrasını davam etdirməyə hazır olduğunu vurğulayıb.
Görüş zamanı Türkmənistanın 2023-cü il noyabrın 14-də Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Sazişə qoşulması faktı bəyan edilib. Bu saziş Avropa, Qara və Xəzər dənizləri, Qafqaz və Asiya regionlarında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişafına kömək etmək üçün nəzərdə tutulub.
Tərəflər Türkmənistanın nəqliyyat sənayesinin mütəxəssislərinin cəlb edilməsi ilə bundan sonra birgə tədbirlərin və tematik görüşlərin keçirilməsinin zəruriliyini də qeyd ediblər.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












