"VAZ dairəsi"ndəki nöqsan aradan qaldırılır: 600 metr... - VİDEO

“VAZ dairəsi”ndə hərkət sxemində edilmiş dəyişikliklə bağlı rəsmi qurumların (AAYDA və DYP-nin) əməkdaşları ilə fikir mübadiləsi apardıq. Məlumat verdilər ki, indi tətbiq edilən dəyişiklik hələ tam deyil, yekunlaşmayıb. Hərəkət sxeminin səmərəli edilməsi istiqamətində yaxın günlərdə yeniliklər olacaq.
Ümumiyyətlə, bildiyiniz kimi, həmin körpü Bakı-Sumqayıt yolunun üstündən keçən dairəvi yolun bir hissəsi olacaq. Həmin dairəvi yol Abşeron yarımadasının şimal tərəfindəki qəsəbə və kəndlərdən gəlir, Novxanı, Saray və Xırdalandan keçməklə Bakı-Şamaxı yoluna birləşməlidir. Hələlik işlər yarımçıqdır, körpü böyüdüləcək və Bakı tərəfdən Xirdalana gedərkən körpünün altından keçib sağa dönərək körpünün üstünə qalxmaq üçün keçid yol olacaq. Lakin bu işlərin icrası hələlik danayandırılıb.
Yaxın günlərdə isə ləğv edilmiş dairədən Saray istiqamətində daha yaxın məsafədən (bir neçə yüz metr) geriyə dönüb Xırdalana getmək üçün geriyə dönmə yerinin yaradılması müzakirə olunur. Ümid edirəm ki, həmin ideya həyata keçsə, yeni sxemin yaratdığı çətinlik, yəni təxminən 3 km-dən sonra geriyə dönmə problemi həll olunacaq, Xırdalan istiqamətinə dönmə daha rahat olacaq, dairədə pik saatlarda müşahidə edilən sıxlıq azalacaq.
Hər bir halda ictimai rəyə operativ reaksiya verərək məlumatı bizimlə bölüşdüklərinə görə AAYDA və DYP-nin əməkdaşlarına təşəkkür edirəm.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












