Vüqar Behbudov iki yeni filial yaratdı, müdirlər təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Belə ki, Sosial Xidmətlər Agentliyinin Bakı filialı ləğv edilib. İki yeni filial - Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filial və İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filial yaradılıb.
Raqif Arif oğlu Zamanov Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialın müdiri təyin edilib. O, buna qədər Bakı filialının müdiri olub.
Dördüncü Yüksəliş müsabiqəsinin qalibi Nicat Qocayev isə İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialın müdir müavini təyin olunub.
Xəbəri Agentliyin mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi bütün ölkəni əhatə edən 14 filialı və 21 müəssisəsi ilə vətəndaşlara səyyar, stasionar və yarımstasionar xidmətlər göstərir.
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












