Kaliforniyada qatarlardan 22 milyon dollarlıq oğurluq

ABŞ-nin Kaliforniya ştatında 14 nəfər hərəkətdə olan yük qatarlarından ümumilikdə 22 milyon dollardan çox dəyərində mal oğurlamaqda ittiham olunub.
Avtosfer.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, onlar azı 36 yük qatarına basqın edərək oğurladıqları malları, o cümlədən "Nike" idman ayaqqabılarını qara bazarda satıblar.
Məlumata görə, 2024-2026-cı illərdə fəaliyyət göstərən "Los Trenes" ("Qatarlar") adlı cinayətkar qrupun rəhbəri 21 yaşlı Neytan Deniel Encel olub.
İttiham aktına əsasən, Encelin atası və iki əmisi də daxil olmaqla, dəstə üzvləri hərəkətdə olan yük qatarlarına gizlicə daxil olublar. Qrupun bəzi üzvləri ətrafı müşahidə edib, digərləri isə qatarın hava şlanqını kəsiblər. Hava təzyiqinin kəskin azalması nəticəsində qatar məcburi şəkildə dayanıb. Daha sonra "Los Trenes" dəstəsinin digər üzvləri oğurlanmış malları götürüb Cənubi Kaliforniyanın müxtəlif ərazilərindəki evlərdə gizlədiblər.
Onlar əlbir olaraq cinayət törətməkdə təqsirli bilinərsə, azı beş il müddətinə həbs oluna bilərlər. Dəmir yolu əmlakının oğurlanmasına görə isə 10 ilədək həbs cəzası nəzərdə tutulur.
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO












