"WhatsApp"da dizayn dəyişiklikləri olacaq - FOTO

"WhatsApp" son aylarda dizayn dəyişiklikləri ilə gündəm olub. Android və iOS-da hərtərəfli interfeys dəyişikliyi edən proqram söhbətlərin mövzularını və rənglərini fərdiləşdirmək seçimini təklif edəcək. "Ölkə.Az" xəbər verir ki, iOS üçün "WhatsApp Beta"da qeydiyyatdan keçən istifadəçilər söhbət qabarcıqları üçün divar kağızı və rəng seçməyə imkan verən yeni funksiyanı müşahidə ediblər. iOS beta tətbiqinin 24.11.10.70 versiyasında görünən mövzu fərdiləşdirmə vasitələri söhbətləri daha canlı etmək məqsədi daşıyır.
Sızdırılan ekran görüntülərinə görə, istifadəçilər söhbət qabarcıqları üçün beş fərqli rəngdən birini seçə biləcəklər. Onlar həmçinin bütün söhbətlər üçün standart fon kimi seçdikləri divar kağızı təyin edə biləcəklər.
Qeyd etmək lazımdır ki, seçilmiş mövzu yalnız istifadəçiyə görünəcək. Bu o deməkdir ki, söhbətin digər iştirakçıları "WhatsApp"ın standart yaşıl fonunu görməyə davam edəcək.

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












