"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp" mesajlaşma proqramı, səsli qeyd xüsusiyyətini yaxşılaşdırmaq üçün yeni bir yeniləmə hazırlayır.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hazırda "WhatsApp"da səsli mesajları dinləmək üçün söhbət pəncərəsini açıq saxlamaq lazımdır. Söhbətdən çıxan kimi mesajı dinləmək mümkün olmur. Səs kəsilir.
"Telegram" bu problemi həll etmişdi. "WhatsApp" da bunu həll etməkdə qərarlı görünür.
"WaBetaInfo" tərəfindən kəşf edilən bu yeniliyə görə, IOS üçün beta versiyasında yeni bir şey sınanır. Yeni tətbiqdə səsli mesajı dinləməyə başladığınız zaman başqa bir söhbət pəncərəsinə keçsəniz də mesajı dinləməyə davam edə bilərsiniz. Söhbətdən çıxdığınız zaman səsli mesaj üst sahəyə sabitlənəcək. Bu arada digər mesajlara da cavab verə biləcəksiniz. Üst sahədə mesaj üçün fasilə və oynatma düymələri, həmçinin səsli mesaj göndərən istifadəçinin profil şəkli və adı olacaq.
Bu xüsusiyyət hələ də inkişaf mərhələsindədir. "WhatsApp"ın mövcud iOS və Android versiyalarında hələ mövcud deyil. Bu xüsusiyyətin hər iki platformaya çıxacağı düşünülür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












