“Whatsapp”dan QADAĞA – "skrinşot" etmək olmayacaq

“Meta” şirkəti “Whatsapp”a daha bir yenilik gətirib.
Yenilik Android smartfonları üçündür. Belə ki, artıq Android əməliyyat sistemli cihazlar digər istifadəçilərin profil şəklini "skrinşot" (ekran qeydi) edə bilməyəcək.
Məlumata görə, artıq istifadəçilər kontaktlarındakı istifadəçilərin profil fotolarını "skrinşot" edən zaman “Bu proqram ekran görüntüsünü çəkməyə icazə vermir” mesajını alır.
Bununla belə, qrupların ikonalarının "skrinşot"larını çəkmək mümkündür. Sistem həmçinin bütün ekranı əhatə edən profil şəkilləri olmadan çəkilmiş "skrinşot"lara da imkan verir.
Bildirilir ki, bu məhdudiyyət tətbiqin defolt konfiqurasiyasına çevrilib və onun sonradan hər hansı “WhatsApp” versiyasına şamil olunması ilə bağlı heç bir ayrıcalıq yoxdur. Bu yeniləmənin “WhatsApp” quraşdırılması ilə deyil, server tərəfindən edildiyini göstərir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












