Xankəndidə SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

“SOCAR PETROLEUM” QSC işğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədilə növbəti SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyasını (YDS) Xankəndidə istifadəyə verib.
Oxu.Az-ın məlumatına görə, iki yanacaqpaylayıcı avadanlıq quraşdırılan stansiyada “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da iki kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Qeyd edək ki, keyfiyyətli yanacağa olan tələbat nəzərə alınaraq modul tipli stansiya tezliklə müasir interyerə sahib stasionar yanacaqdoldurma stansiyası ilə əvəz ediləcək. Bunun üçün QSC tərəfindən təmir-tikinti işləri sürətlə davam etdirilir.
“Heydər Əliyev İli” çərçivəsində Xankəndidə istifadəyə verilən yeni stansiya ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “SOCAR PETROLEUM”a məxsus yanacaqdoldurma stansiyalarının sayı 8-ə çatdırılıb. Hazırda Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Ümumilikdə isə ölkə ərazisində SOCAR brendli yanacaqdoldurma stansiyalarının sayı 58-ə çatdırılıb.
“SOCAR PETROELUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən SOCAR brendli YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












