Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib

İlk dəfə olaraq, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə Kurık və Bakı dəniz limanları vasitəsilə sınaq tranzit yük daşımaları həyata keçirilib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Qazaxıstan-Çin Avtomobil Nəqliyyatı Komissiyasının iclası çərçivəsində Urumçi şəhərindən çıxan 80 tonluq üç Çin yük maşını tranzit marşrut üzrə hərəkət edərək, cari ilin 23 may tarixində Aktau şəhərindəki “Kurık” limanında bərəyə yüklənib və marşrut üzrə hərəkətini davam etdirib.
“İlk dəfə olaraq, iki ölkənin avtomobil nəqliyyatı birbaşa olaraq tərəflərin bütün iri ticarət şəhərlərinə çatmaq və hətta tranzit keçidi həyata keçirmək imkanı əldə edib”, - deyə Nəqliyyat Nazirliyinin avtomobil nəqliyyatı və nəqliyyat nəzarəti komitəsinin sədri Əli Altay bildirib.
Onun sözlərinə görə, bu günə qədər Çindən Qərb ölkələrinə yüz milyonlarla ton yük dəniz yolu ilə 52 günə, az miqdarda yük isə dəmir yolu ilə 22 günə çatdırılır:
“Avtomobil nəqliyyatı daşınma müddətini 12 günə qədər azalda bilər”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












