Xəzərdə yeni şəhər salınır: Bu nə dərəcədə uğurlu layihədir? – MEMAR AÇIQLADI

Xəzər dənizində “Caspian Dream Liner” layihəsinə başlanılıb. Tikintisi üçün “Sea Breeze Resort”a daxil olan su sahəsində xüsusi süni ada salınıb.
Qeyd edək ki, Xəzər dənizində süni torpaq sahələrinin yaradılması yeni ideya deyil. Belə ki, bir müddət əvvəl Qaradağ rayonu ərazisində “Xəzər adaları” layihəsi icra olunurdu. Lakin bu layihə müəyyən səbəblərdən iflasa uğradı.
Bəs bu cür layihələr nə dərəcədə uğurlu hesab olunur? Ölkəyə turist axınına ciddi təsir edə bilərmi?
Mövzuyla bağlı memar Aysel Hüseynova Avtosfer.az-a bildirib ki, dənizdə süni torpaq sahələrinin təşkil olunması və ərazidə yaşayış kompleksinin tikilməsi milyardlarla pul israfına səbəb olur. “Yeni torpaq sahələrinin yaradılması pul çıxartmaq üçün bahalı projedir. Təsəvvür edin layihələni qoymaq üçün öncə yer yaradırsınız və suda torpaq sahəsinin yaradılması uzun prosesdir. Təbii ki, bu işin özünün xüsusi texnikası var. Hətta bu layihəyə sərf olunan məbləğ Bakı şəhərində ucaldılan binaların qiymətinə bərabərdir. Üstəlik yaradılan süni torpaq sahələrinin üzərində yaşayış kompleksinin tikilməsi üçün də ayrıca yüksək məbləğdə vəsait lazımdır. Bu, mənim fikrimcə sadəcə pul itkisidir. Yəni, bu layihə icra olunsa belə sərf olunan pul qazanılmayacaq, əksinə itiriləcək.”
Mütəxəsis bildirib ki, “Caspian Dream Liner” layisəsi Dubayda ucaldılmış və daim turistlərin diqqət mərkəzində olan “Burj Al Arab” otelindən ilhamlanıb. “Lakin belə bir nüans var ki, onlarda yer yoxdur. Məhz bu səbəbdən milyardlar sərf edərək belə bir layihəni icra ediblər. Bizim ölkə üçün belə layihəyə mənə görə, ehtiyac yoxdur. Ölkədə kifayət qədər boş torpaq sahələri mövcuddur və belə olan halda suda süni torpaq sahələrinin yaradılması düzgün deyil. Digər tərəfdən Allahın yaratdığını dəyişmək məncə məqsədəuyğun deyil və qarşılığı var. Təbii ki, layihənin icrası dənizdə yaşayan canlılara da təsirsiz ötüşməyəcək.”
Aysel Hüseynova qeyd edib ki, böyük yatırım qoyulan layihə ucuz qiymətə satıla bilməz. “Əksinə ikiqat daha yüksək məbləğə satılacaq ki, bu da belə bir sual doğurur. Bizdə o bazara gedə biləcək insan varmı? Məsələn, “Sea Breeze Resort” imkanlı insanlar üçün yaradılmış layihə idi. Lakin bu layihə tikilən zaman pul evlə əvəz olundu. Təbii ki, belə olanda həmin adam evi hədiyyə vermiş olsa belə, sata bilmirdi. Çünki qiymət yüksək olduğu üçün alıcısı yox idi. Düşünürəm ki, icrası davam edən “Caspian Dream Liner” layihəsi də eyni prinsiplə olacaq. Tikilsə belə pullar batacaq. Bunun əvəzinə insan yönümlü şəhər yaratsalar, problemləri həll etsələr daha çox qazanc əldə edərlər”.
Nərmin
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək - Prezident təsdiqlədi
Polkovnik “Azərbaycan – Ural” təşkilatının yeni rəhbəri seçildi
Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO
Gəncə–Qəbələ–Gəncə marşrutu istifadəyə verildi - FOTO - VİDEO
Bakı–region marşrutlarında 131 yeni avtobus istismara verildi
Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq - FOTO
Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur - VİDEO
Baş prokuror Toğrul Həsənovu yüksək vəzifətə TƏYİN ETDİ
Bu şəhərdəki eyni səviyyəli piyada keçidləri Bakıda tətbiq oluna bilər? - FOTOSESSİYA
Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ











