Yanacağa görə subsidiya kimlərə veriləcək? - Hüquqşünas qərarı ŞƏRH ETDİ

“Avtobuslarla sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara yanacağa görə subsidiya verilməsi barədə çoxdan gözlənilən qərar axır ki, qəbul edildi. Nazirlər Kabinetinin bu barədə 1 dekabr tarixli qərarında maraqlı məqamlar var.” Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, subsidiya yalnız rəsmi qaydada sərnişindaşıma ilə məşğul olan şirkətlərə və sahibkarlara veriləcək. “Rəsmi qayda o deməkdir ki, həmin hüquqi və ya fiziki şəxsin müvafiq marşrut üçün rəsmi təsdiq edilmiş müqaviləsi və marşrut pasportu olmalıdır. Başqa sözlə, istər şəhər daxilində, istərsə də rayonlar arasında sənədsiz daşımaları həyata keçirənlər subsidiya almayacaqlar.”
Hüquqşünas qeyd edib ki, subsidiya yalnız dizel yanacağı ilə işləyən avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası (rayonlararası) marşrutlarda sərnişin daşıyanlara veriləcək və beynəlxalq daşımalar üçün verilməyəcək. “Subsidiya bu ilin yanvarında (05.01.2021 tarixdən) yanacağın qiyməti qaldırıldığı tarixdən hesablanaraq veriləcək. Subsidiya gediş haqlarına yenidən baxılana qədər veriləcək (qərarın bu bəndi gediş haqlarının qaldırılması məsələsini gündəmə gətirə bilər). Bu qərar avtobusların sərf etdiyi yanacağa çəkilən xərclərin və sürücülərə verilən əmək haqlarının tam şəkildə nağdsız qaydada həyata keçirilməsini tələb edir (həmin məsələlərdə maliyyə şəffaflığı artacaq). Bu qərar gediş haqlarının nağdsız (yəni kartla) ödənilməsi sisteminin ölkə üzrə genişlənməsini stimullaşdıracaq. Hətta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılır ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 2022-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Bu qərar əlaqədar dövlət qurumlarını (BNA, AYNA) və daşıyıcıları məcbur edəcək ki, marşrutlara dair sənədləşmə ilə bağlı bütün çatışmazlıqları aradan qaldırsınlar (marşrut müqavilələri tam rəsmiləşdirilsin, marşrut pasporları hazırlanaraq verilsin, sürücülərlə əmək müqavilələri tam rəsmi olsun və s.), çünki subsidiya almaq üçün həmin sənədləri vergi orqanına təqdim etmək lazımdır.
Qərarda subsidiyanın məbləği də müəyyən edilir: təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində.
Lakin subsidiya məbləği sərnişindaşıma xidmətindən daxil olan vəsaitin hər bir daşıma növü üçün göstərilən həddindən (şəhərdaxili (rayondaxili) sərnişindaşımada 6,7 %-indən, şəhərlərarası (rayonlararası) sərnişindaşımada 8,3 %-indən, şəhərətrafı və qəsəbələrarası sərnişindaşımada 7,5 faizindən) artıq olmayacaq. Subsidiya məbləğinin sərnişindaşıma xidmətindən daxil olan vəsaitin müəyyən həddi ilə məhdudlaşdırılması daşıyıcıları məcbur edəcək ki, gediş haqlarını maksimum dərəcədə rəsmiləşdirsinlər.”
Milli Məclisdən son dəqiqə qərarı: Azərbaycanda QADAĞAN edilir!
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu tarixdə başlayacaq - RƏSMİ










