YAP tərəfindən namizədliyi yenidən irəli sürülənlər - SİYAHI - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, tam siyahının bu gün ərzində açıqlanacağı gözlənilsə də, artıq bəzi deputatların yenidən YAP-ın siyahısında yer aldığı bəlli olub.
Belə ki, YAP 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb.
Bundan başqa, Cavanşir Paşazadənin 76 saylı Lənkəran-Masallı, Məşhur Məmmədovun isə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyi təklif edilib.
***
Əldə etdiyimiz digər məlumata görə, 6-cı çağırış deputatlardan Tahir Mirkişili, Hicran Hüseynova, Eldar İbrahimov, Ağalar Vəliyevin də namizədliyi irəli sürülüb.
***
VI çağırış parlamentinin deputatı Məlahət İbrahimqızı 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizəd olub.
***
VI çağırış parlamentinin deputatı, tanınmış həkim Rəşad Mahmudovun namizədliyi 77 saylı Astara seçki dairəsindən irəli sürülüb.
***
VI çağırış Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Hüseynli də namizədlər siyahısındadır.
***
VI çağırış Milli Məclisinin Sədri Sahibə Qafarova da namizədlər siyahısındadır.
***
Əməkdar jurnalist Vüqar Rəhimzadənin də adı namizədlər siyahısına əlavə edilib.
(qafqazinfo)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












