Yaxın vaxtlarda paytaxtda 200 avtobus istifadəyə veriləcək

"Bu ilin əvvəlində paytaxtda 200 yeni avtobus xəttə buraxılıb və yaxın vaxtlarda daha 200 avtobus istifadəyə veriləcək".
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O bildirib ki, COP29 tədbirinə qədər Bakıya 160 yeni ekektrikli avtobus gətirilərək istifadəyə veriləcək. “Ümumilikdə, Bakıda 360 avtobusun istifadəyə verilməsi nəzərdə tutulub. Bakının avtobus nəqliyyatı ilə bağlı AYNA yeni şəbəkə hazırlayıb. Bu şəbəkə şəhərin rəqəmsal “əkiz”ində simulyasiya edilib. Hazırda şəbəkənin tətbiqinə başlanılıb".
AYNA-nın sədri qeyd edib ki, şəbəkə üzrə ilk beş marşrut artıq istifadəyə verilib. Bunlar şəhərin uzaq məntəqələrini Hövsan və Mərdəkanı mərkəzlə əlaqələndirən marşrutlardır.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












