Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq

Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır. Söhbət, video formatında faylın tam yüklənməsindən getmir.
Bu funksiya Youtube-un mobil tətbiqində mövcud olan yükləmə funksiyasının eynisidir. Brauzer vasitəsilə kompüter üçün yüklənəcək videolara yalnız brauzerdə baxmaq mümkün olacaq. Bu yeni funkiyanın testində hələ ki, bəzi Youtube Premium istifadəçiləri iştirak edə bilərlər. Videonun yüklənməsi funksiyasının aktiv olduğu halda istifadəçi bu və ya digər videonun aşağı hissəsində yükləmə düyməsini aşkar edəcək.
Həmin düyməyə klik edəndən sonra video Youtube-un Downloads bölməsinə yüklənəcək. İstifadəçi isə öz növbəsində videoservisin menyusunda əks olunacaq həmin Downloads bölməsinə daxil olaraq yüklənmiş videoya baxa biləcək.Təəssüflər olsun ki, videoları tam şəkildə yükləyib onları brauzerdən kənarda izləmək imkanı yoxdur. Google bildirib ki, bu funksiyanın testi Google Chrome, Microsoft Edge və Opera brauzerlərinin son versiyalarında aktivdir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, bu yeni funksiyanın test mərhələsində o, bəzi nasazlıqlarla çalışa bilər. Bu funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur. ///technote
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












