Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO
Yeniliklər
7 Oktyabr 2021 15:25

“Suveyş kanalında baş verənlərdən sonra Zəngəzur dəhlizi və bütövlükdə Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat koridorlarına marağın artması müşahidə olunur. Nəzərə alsaq ki, Zəngəzur koridoru Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda, artıq Zəngəzur dəhlizinin istifadəyə verilməsilə bağlı Azərbaycan ərazisində infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsi müşahidə olunur”. Bu barədə bizim.media-ya danışan millət vəkili Vüqar Bayramov əlavə etdi ki, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq dəmiryol, həm də avtomobil yolu inşa olunur. Belə ki, Horadiz-Ağbənd, o cümlədən Horadizlə Zəngilanı birləşdirəcək dəmir yolu, eləcə də avtomobil xətti Zəngəzur dəhlizinə birləşəcək: “Bu da nəticə etibarı ilə koridorla daşınan yüklərin həcminə təsir göstərəcək. Zəngəzur dəhlizindən yalnız region ölkələri deyil, yükdaşımalarda xüsusi payı olan dövlətlər istifadə edə biləcəklər. Avropa Birliyi ölkələri və Çin bu koridorun potensial istifadəçiləri sırasındadır. Baxmayaraq ki, qonşu Rusiya, Türkiyə və İranın da bu koridordan yararlanacağı gözlənilir. Çin üçün Avropaya daşınmalarda Azərbaycan ərazisi praktik olaraq cəlbedicidir”.
Vüqar Bayramov pandemiyadan qabaq Azərbaycan üzərindən daşınan qeyri-neft məhsullarının həcmindəki 65 faizlik artımı da xatırlatdı. Bu isə həm də ölkədaxili valyutanın artırılması baxımından da vacibdir.
Millət vəkilinin fikirlərinin davamı videoda:
Oxunub : 2334
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












