“Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilmiş və iyulun 2-də Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilmiş “Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub.
Avtosfer.az ASCO-ya istinadla məlumat verir ki, tanker buradan qəbul etdiyi xam nefti iyulun 17-də Səngəçal Dəniz Limanına çatdırıb.
Uzunluğu 141 metr, eni 16,9 metr olan yeni nəsil “Zəngilan” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir, onun dedveyti 7800 tondur.
Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır.
“Zəngilan” Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşımaq mümkündür.
Onu da qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda hazırda ASCO üçün daha 3 tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər verilib və müvafiq müqavilələr imzalanıb.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












