Zığ-Hövsan yolunun yenidən qurulması yekunlaşmaq üzrədir - FOTO - VİDEO

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, yolun uzunluğu 6.8 km, eni 32 metr təşkil edir. Zığ qəsəbəsi istiqamətində 2, Hövsan qəsəbəsi istiqamətində isə 3 olmaqla 5 hərəkət zolağından ibarət olacaq yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol çiyinlərinin eni 3 metrdir.
Layihəyə uyğun olaraq yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə 300 m uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin tikintisi aparılıb.
Yolun Hövsan qəsəbəsi istiqaməti üzrə nəzərdə tutulan işlər artıq yekunlaşıb. Adıçəkilən hissədə yola 4 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi icra olunub, yolayrıcı zolaqlarda və zəruri yerlərdə 2500 p/m yeni səki daşları düzülüb, işıq dirəkləri quraşdırılıb.
Hazırda yolun Zığ qəsəbəsi istiqamətində son mərhələdə olmaqla asfaltlanma işləri davam edir.
Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə, yolun 1.8, 2.2 və 4.4-ci km-lik hissələrində yerüstü piyada keçidlərinin inşası və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri aparılır.
Son mərhələdə siqnal dirəklərinin, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə cari ilin sonunadək vətəndaşların istifadəsinə veriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















