Dağlıq ərazilərdə yollar buz bağlayıb: DYP-dən sürücülərə müraciət - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz bağlaması müşahidə olunur. Qeyd edilir ki, mövcud hava və yol şəraiti həmin istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə diqqət və məsuliyyət tələb edir:
"Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.
Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində dağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayan şəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsız sürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rast gəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yol və hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadan düzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi və xüsusi təcrübə tələb edir.
Sürücülərin diqqətinə çatdırılır:
- Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti barədə məlumat əldə edin;
- Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqət yetirin;
Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;
- Təhlükəsiz ara məsafəsini qoruyun;
- Qəfil manevr və kəskin əyləclərdən çəkinin;
- Mövsümə uyğun təkərlərdən istifadə edin;
- Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkəti qaydalarına uyğun istifadə edin;
- Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədər olmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdə hərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isə səfərləri təxirə salmaları tövsiyə olunur.
Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir. Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır".
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi; 166 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Yaşlı piyada qayda pozdu; yol polisi cərimə yox, kömək etdi - VİDEO
Qayda pozan piyadalara təhlükəsizliklə bağlı çağırış - Keçiddən istifadə edin! - VİDEO
Sabirabadda ekoloji normaları pozan sürücülərlə bağlı tədbir keçirildi
Yol polisi piyadaların pozduğu qaydaları açıqladı
Daşkəsəndə “Təmiz Hava” reydi: Normanı aşan avtomobillər aşkarlandı
İsmayıllıda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - FOTO
DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
Bu halda sükan arxasına əyləşməyin - Yol polisindən müraciət
Sabunçuda ekoloji reyd; 20-yə yaxın avtomobil yoxlanıldı - VİDEO








