Qayda pozmadıqda yol polisi postda sizi saxlaya bilər? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bəzən sürücülər qayda pozuntusu etməsələr belə, postlarda saxlanılır və sənədləri yoxlanılır. Bu, həm nəzarətin gücləndirilməsi, həm də sürücülərin vəziyyətinin qiymətləndirilməsi məqsədi daşıyır. Çünki bəzi hallarda sürücünün davranışında şübhəli məqamlar müşahidə oluna bilər. Bəs sürücü qayda pozmayıbsa, niyə saxlanılır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar Baş DYPİ-nin şöbə inpektoru, polis baş leytenantı Elvin Hacıyev "ASAN" Radioya açıqlamasında bildirib ki, postlarda – sürücü qayda pozuntusu etsə də, etməsə də mütləq şəkildə saxlanılır və sənədləri yoxlanılır:
"Digər bir məsələ isə, əgər sürücünün davranışında şübhəli hallar müşahidə olunursa, bu, yol patrul xidməti əməkdaşları tərəfindən vizual qaydada diqqətə alınır. Yəni, sürücünün danışmaqda çətinlik çəkməsi, dodaqlarının göyərməsi, sənədləri təqdim etməkdən çəkinməsi və ya ümumilikdə şübhəli davranması bu hallara daxildir.
Əgər bu kimi hallar müşahidə olunarsa və üstəlik sürücü yerində dayana, otura bilmir, ümumiyyətlə özünü idarə etməkdə çətinlik çəkirsə, bütün bu əlamətlər bir yerdə toplandıqda sürücünün yoxlanılması zəruri hesab olunur. Elə hallar da olub ki, belə şübhəli davranışlar nəticəsində sürücülər yoxlanılıb və onlarda narkotik maddələrin istifadəsi aşkarlanıb. Həmçinin, digər gücləndirilmiş psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülər də müəyyən olunub".
Eltac Züıfüqaroğlu
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO
Bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Qar yağacaq, yollarda təhlükə yaranacaq - DYP XƏBƏRDARLIQ ETDİ - VİDEO
Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO
Polis “Şamaxinka”da tıxac problemini bu cür həll etdi - Yeni svetoforlar - VİDEO











