Sabunçuda yol polisi tıxac və sıxlıq olan əraziləri nəzarətə götürdü – Bu da nəticə - FOTO

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində xaotik vəziyyət, tıxac və sıxlıq yaranan əraziləri tam nəzarətə götürüb. Nəticədə hərəkət rahat və təhlükəkəsiz olub, sıxlıq və tıxac aradan qaldırılıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı fotoları Kəmalə İbrahimova sosial şəbəkədə paylaşıb. O bildirib ki, Sabunçuda son 15-16 ildə belə rahatlıq görməyib: “Hər kimin təklifi, fəaliyyətidirsə təşəkkür edirəm”.
Qeyd edək ki, nəzarətə götürülən ərazilərdən biri də Sabunçu Dəmiryolu Vağzalının və bazarın qarşısıdır. Digər ərazilərdə də avtobusların ikinci zolaqda və ya dayanacaqdan kənarda dayanaraq sıxlıq yaratmasının qarşısı alınıb, taksilərin yolları, dayanacaqları zəbt etməsinə son qoyulub.
Qeyd edək ki, bəzən sıxlıq və tıxac yaranmasına sərnişinlərin avtobuslara deyil, yolun ikinci-üçüncü zolağına çıxaraq manatlıq taksilərə üz tutması nəticəsində də yaranır. Sabunçu rayon Polis İdarəsinin və DYP Şöbəsinin əməkdaşları bu cür halların qarşısını almaq üçün pik saatlarda yolboyu xidmətə cəlb olunurlar.
Elmin
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ














