XİN-dən Üçtərəfli Texniki Planlaşdırma Qruplarının fəaliyyətə başlamasına dair MƏLUMAT

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) irəlilədilməsi məqsədilə Üçtərəfli Texniki Planlaşdırma Qruplarının fəaliyyətə başlaması haqqında Birgə Bəyanata dair məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, məlumatda deyilir:
“Bu gün, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan və Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan multimodal tranziti marşrutu olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) irəlilədilməsi məqsədilə Üçtərəfli Texniki Planlaşdırma Qruplarının fəaliyyətinə start veriblər.
Bu format, 8 avqust 2025-ci il tarixində Prezident Trampın vasitəçiliyi ilə imzalanmış tarixi Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini vurğulamaqla, regionda uzunmüddətli sabitliyə, iqtisadi inkişafa, regional bağlantıya və ticari tərəqqiyə töhfə vermək və birgə fəaliyyət göstərmək üçün hər üç ölkənin rəsmi şəxsləri və texniki ekspertlərindən ibarət nümayəndələrini bir araya gətirir.
Tərəflər, TRIPP barədə qərarı reallaşdırmaqla bağlı birgə öhdəliyə sadiqlik nümayiş etdirərək, ilk mərhələdə müvafiq olaraq, nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətlərinə məsul olacaq iki Texniki Planlaşdırma Qrupunu təsis etmək barədə razılığa gəliblər.
Bu texniki planlaşdırma qrupları kompleks texniki məsələlərin həll edilməsi və digər regional infrastrukturlara inteqrasiya da daxil olmaqla, növbəti icra mərhələlərinə keçid istiqamətində mühüm addım təşkil edir.
Tərəflər TRIPP-in bütün modallıqlarının sürətli şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq öhdəliklərini bir daha təsdiq ediblər”.
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq












